"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Azər Badamov: “Konstitusiyaya edilən dəyişiklik bələdiyyələrin vətəndaşlara xidmət edən doğru qərarların qəbul etməsinə məsuliyyətini artıracaqdır”

--2016-09-14 / 13:05

Konstitusiyaya edilməsi nəzərdə tutulan dəyişikliklər sırasında bələdiyyələrə aid məqam var. Bəs bu dəyişiklik bələdiyyə sisteminə nə verəcək?

Belediyye.infonun sualını Milli Məclisin üzvü Azər Badamov cavablandirir:

“Azərbaycan Respublikasının Konstitusiyası ölkədə insan hüquq və azadlıqlarını maksimum dərəcədə təmin etməklə 21 il Azərbaycan xalqına xidmət etmişdir. Artıq müstəqil, güclü, dünyada nüfuz sahibi olan ölkə qura bilmişik.

Ölkəni daha da demokratikləşdirmək və hüquqi dövlətə çevirmək üçün 26 sentyabrda konstitusiya dəyişiklik və əlavələrin referenduma çıxarılması zərurəti yaratmışdır.

əlavələrdən biri də bələdiyyələrlə bağlıdır. 1995- cı ildə konstitusiya qəbul olunanda ölkədə bələdiyyə sistemi ümumiyyətlə yox idi. Artıq 16 ildir ki, fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları bir başa xalqla təmmasda olaraq əhalinin ən çox müraciət etdiyi qurumlardan birisinə çevrilmişdir. Belə bir zamanda bələdiyyələrin əhali qarşısında mülki məsuliyyətinin artırılmasına zərurət yaranmışdır. Ona görə də konstitusiyaya əlavələrdə bələdiyyələrlə bağlı yeni bir (146.1) maddə təklif olunur. Maddədə qeyd olunur ki, bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatına görə mülki məsuliyyət daşıyırlar. Mülki məcəllənin 1101-ci maddəsində dövlət qulluqçuların şəxsə yetirdiyi ziyana görə mülki məsuliyyət nəzərdə tutulmuşdur. Amma, həm dövlət, həm də bələdiyyənin mülki məsuliyyəti haqqında konstitusiyada maddə yox idi və bunun konstitusion normaya salınaraq daha da möhkəmləndirməsinə zərurət yaranmışdır. Konstyitusiya ilə bələdiyyələrin mülki məsuliyyətinin artırılması bələdiyyə sisteminin daha şəffaf işləməsinə və vətəndaşlara xidmət edən doğru qərarların qəbul etməsinə məsuliyyətini artıracaqdır. Bu da, bələdiyyələrə xalqın hörmətini və inamını artırmaqla nüfuzlu orqana çevrilməsinə kömək edəcəkdir."

 Belediyye.info

 

ŞƏRHLƏR